Magistr olmaq istəyənlər üçün xəbər

Magistr olmaq istəyənlər üçün xəbər

Magistraturanın ikinci mərhələsində iştirak etmək istəyən bakalavrlar 18 iyun 2012-ci ildən etibarən elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürə bilərlər. 
“Qafqazinfo”nun məlumatına görə, bakalavrlar iyunun 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2012-ci il iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. 
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballı şkalada qiymətləndirilir. 
Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14% artmışdır. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer).

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər