Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi (Dəyişikliklərdən sonra Vergi Məcəlləsi fayl şəklində)

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi (Dəyişikliklərdən sonra Vergi Məcəlləsi fayl şəklində)

Prezident İlham Əliyevin 04 və 05 iyun tarixli sərəncamları ilə ilə Vergi Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Vergi Məcəlləsinə yeni bənd əlavə edilib. Belə ki, əlavə olunan 102.1.18-ci bəndinə əsasən, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya fiziki şəxslərin gəlir vergisindən azad olunanların siyahısına aid edilib.  Digər dəyişiklik əsasən, notariusların fəaliyyətlərinə aiddir. 

Hər iki dəyişiklik aşağıda verilib:
 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115) aşağıdakı dəyişikliklər edilsin: 
1. 16.1.8.17-ci maddədə “vəkillik” sözündən sonra “, notariat” sözü əlavə edilsin; 
2. 33.1-ci maddənin birinci hissəsində “yaşadıqları” sözündən sonra “, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi” sözləri əlavə edilsin; 
3. 96.1-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin: 
“Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.”; 
4. 99.3.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.10-cu maddə əlavə edilsin:
“99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar.”;
5. aşağıdakı məzmunda 101.4-cü maddə əlavə edilsin: 
“101.4.Xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.”;
6. 149.1.4-cü maddədə “ödəmə” sözündən əvvəl “xüsusi notariuslar,” sözləri əlavə edilsin; 
7. 149.2-ci maddədə “şəxslər” sözündən sonra “(xüsusi notariuslar istisna olmaqla)” sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 
“Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.”; 
8. 149.6-cı maddənin ikinci cümləsində “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin; 
9. 150.1.2-ci maddədə “sahibkarlar” sözündən sonra “və xüsusi notariuslar” sözləri əlavə edilsin; 
10. 150.3-cü maddədə “və fərdi sahibkarlar” sözləri “, fərdi sahibkarlar və xüsusi notariuslar” sözləri ilə əvəz edilsin; 
11. 151.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin: 
“Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.”; 
12. 164.1.6-cı maddədə “yığımlar” sözündən sonra “, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə)” sözləri əlavə edilsin.
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 1 may 2012-ci il.
 
--------------------------------------------------------------------------------------------------------------
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603; № 12, maddə 1115) aşağıdakı məzmunda 102.1.18-ci maddə əlavə edilsin:
“102.1.18. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2012-ci il.
 

Hər iki dəyişiklikdən sonrakı Vergi Məcəlləsi (PDF formatda)

Hər iki dəyişiklikdən sonrakı Vergi Məcəlləsi (Word formatda)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər