İsti havalarla bağlı ciddi xəbərdarlıq!

İsti havalarla bağlı ciddi xəbərdarlıq!

Stansiyanın baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında bildirib ki, son günlər havaların isti keçməsi səbəbindən günvurma halları çoxala bilər: “Saat 11:00-dan 17:00-a qədər ehtiyac olmadığı təqdirdə açıq günün altında gəzmək olmaz. Günvurmaya yaşlılar, uşaqlar, xəstələr, kök adamlar daha çox məruz qalırlar. Günvurmaya saat 12:00-dan saat 16:00-a qədər bayırda uzun müddət fiziki işlə məşğul olan insanlar da çox məruz qalırlar. Həmin saatlarda uzun müddət fiziki işlə məşğul olmaq tövsiyə edilmir”.
M.Həmidov deyib ki, belə anomal isti havalarda küçəyə çıxan insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər: “İnsanlar baş örtüklərindən, çətirlərdən, sərinləşdirici içkilərdən çox istifadə etməlidirlər. Çətin həzm olunan, yağlı, ətli qidalardan imtina etmək, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Maye ifrazı çoxaldığına görə gün ərzində hər insan 5 litrdən yuxarı maye qəbul etməlidr”.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər