Bəzi yol polislərinin "səsini" əlindən aldılar

Bəzi yol polislərinin "səsini" əlindən aldılar

Azərbaycanda bir sıra operativ nəqliyyat vasitələrindən səsgücləndiricilər çıxarılıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, qurğular xidməti fəaliyyəti zamanı səsgücləndiricilərə zərurət olmayan operativ nəqliyyat vasitələrindən çıxarılıb.
Əliyev deyib ki, mütəmadi olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıqlar verilirdi ki, səsgücləndiricilərdən yalnız zəruri hallarda istifadə olunsun.
 
"Bəzi əməkdaşlar tərəfindən səsgücləndiricilərdən yersiz istifadə edilməsini və bununla da əhalinin rahatsızlığını pozmalarını nəzərə alınaraq bir çox zərurət olmayan operativ nəqliyyat vasitələrindən bu cür səsgücləndiricilərin çıxarılmasına qərar verilib", - şöbə rəisi bildirib.
 
O əlavə edib ki, bu, Yol Patrul Xidmətinin bəzi avtomobillərinə və müşayiət-eskort maşınlarına şamil edilmir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər