14 iyun 2012-ci il tarixində iş gününün müddəti bir saat qısadılmalıdır?
Sual: 14 iyun 2012-ci il tarixində iş gününün müddəti bir saat qısadılır?
Cavab: Sualınıza cavab vermək üçün Əmək Məcəlləsinin 108-ci maddəsinə diqqət yetirək:
Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti
1. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Misal üçün, təşkilatda normal iş vaxtı 8 saatdır, Qurtuluş günündən əvvəl həmin təşkilatda 14 iyun 2012-ci il tarixində iş saatı bir saat qısaldılıraq 7 saat olacaq. Bu halda iş saatının qısadılmasının işçinin aylıq əməkhaqqına heç bir təsiri yoxdur.
0 Komment
Şərh yazın