Nazirdən “Eurovision” üçün Azərbaycana gələn turistlərin sayı ilə bağlı maraqlı açıqlama

Nazirdən “Eurovision” üçün Azərbaycana gələn turistlərin sayı ilə bağlı maraqlı açıqlama

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana səfər edən müsabiqənin təmsilçiləri və nümayəndə heyətlərinin sayı təxminən 6-7 min nəfər olub.
Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O qeyd edib ki, müsabiqə ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib.
Nazirin sözlərinə görə, adətən 15 gün müddətində Azərbaycana gələnlərin ümumi sayı 30-40 mindən çox olmur, müsabiqə ərəfəsində isə bu rəqəm 100 min nəfərdən çox olub:
“Buradan belə nəticəyə gəlmək olar ki,  turizm məqsədilə Azərbaycana gələn insanların sayı 50 mindən çoxdur”.
Ə.Qarayev əlavə edib ki, “Eurovision”un çox böyük uğurla keçirilməsi gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına böyük təkan verəcək.
Nazir müsabiqə zamanı Azərbaycana nəqliyyatı daha rahat və birbaşa uçuş olan ölkələrdən turistlərin gəldiyini bildirib.
Onun sözlərinə görə, daha çox turist Rusiya, Gürcüstan, İran, Orta Asiya respublikaları və Türkiyədən gəlib.
“Avropa ölkələrindən, hətta ABŞ-dan da xüsusi qruplar səfər ediblər”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər