Himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt üçün hansı sənəd tələb olunur?
Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” haqqında qərara əsasən, himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:
Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;
Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları.
0 Komment
Şərh yazın