ŞAD XƏBƏR! Milli Məclis vətəndaşların xeyrinə xarici pasportlarıla bağlı hansı dəyişikllikləri təsdiq etdi?
Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər edilib. Milli Məclis "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişiklikləri qəbul edib.
Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklərə görə ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir. Qeyd edək ki, hazırda qüvvədə olan qanunda bu müddət bir ay nəzərdə tutulub.
O qeyd edib ki, dəyişikliklər kifayət qədər geniş müzakirələrə səbəb olub, müəyyən təkliflər səsləndirilib və qanun layihəsi işlənilən zaman proqressiv təkliflər nəzərə alınıb.
"Ümid edirik ki, bu dəyişikliklər gələcəkdə pasport alınmasında problemlərin aradan qaldırılmasına imkan verəcək", - o deyib.
Deputat Elmira Axundova isə müzakirələr zamanı müəyyən təkliflər verib. Axundova deyib ki, uşaqlar üçün pasport alma qaydaları sadələşdirilməli və verilmə müddəti 10 gün olduğu halda uşaqlara pasport 2-3 gün ərzində verilməlidir.
O, 3 yaşa kimi uşaqlara pasport verilməsinə görə heç bir dövlət rüsumunun alınmamasını, 3 yaşdan yuxarı uşaqlara görə isə böyüklər üçün nəzərdə tutulan rüsumdan daha aşağı nəzərdən tutulmasını məsləhət görüb.
Digər bir dəyişiklikdə isə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək.
Həmçinin, vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəanın da qanundan çıxarılması nəzərdə tutulub.
Ümumvətəndaş pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunub.
Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illlik müddətə verilməsi nəzərdə tutulur.
Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.
Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur.
Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya pasport sahibinin imzası istisna olmaqla, müvafiq məlumatlar, pasport sahibinin üz təsviri, iki əl-barmaq izi daxil edilir.
Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.
Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.
Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
Qanun layihəsi qəbul olunarsa, 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
0 Komment
Şərh yazın