Azərbaycanda uşaqlara pasport veriləcək
Bu gün Milli Məclisdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, Qanun layihəsi barədə Hüquq syiasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişiklik 1 yaşınadək uşaqlar üçün 1 illik, 3 yaşınadək uşaqlara 3 illik, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 5 illik müddətə, 18 yaşına çatmış şəxslərə 10 illik müddətə ümumvətndaş pasportunun verilməsini nəzərdə tutur. Qanun layihəsi pasportların 10 iş günündən 1 aya qədər müddətdə verilməsini də özündə əks etdirir.
Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş hallarda 5 iş günü müddətində, müstəsna hallarda iki iş günü müddətində də verilə bilər. Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə pasport dəyişdirilməlidir. Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün dövlət rüsumu alınır. Pasportun üzərində və ya elektron daşıyıcında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
0 Komment
Şərh yazın