Dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq

Dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq

Proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi nəzərdə tutulub.
 
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq.
Lent.az-ın Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi nəzərdə tutulub. 
 
Təşkilatlar hesabat göstəricilərini Maliyyə Nazirliyinin “www.maliyye.gov.az” rəsmi internet səhifəsinin “Dövlət Xəzinədarlığı Agentliyi” sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər