Azərbaycanda elektron ticarətin həcmi artır
Yanvar-may aylarında əhaliyə satılan istehlak mallarının 0,7 faizi elektron ticarətin payına düşür.
Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6,8 milyard manat məbləğində istehlak malları satılıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb.
İstehlak mallarının 871,2 milyon manatı hüquqi şəxslərin, 3,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 2,8 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Elektron ticarətin həcmi 498,3 min manata çatıb. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 milyard manatı ərzaq məhsullarının, 2,9 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
0 Komment
Şərh yazın