Daşınmaz əmlakla bağlı forma təsdiqləndi
Nazirlər Kabineti “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərarda Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülən vəsaitin müəyyən olunmuş qaydada səmərəli istifadə olunması istiqamətində mütəmadi olaraq zəruri tədbirlərin görülməsini təmin etsin. Eyni zamanda daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın hər rübün və ilin sonunda Komitənin internet informasiya ehtiyatında və rəsmi dövri mətbu nəşrdə dərc olunmasını təmin etsin.
Maliyyə Nazirliyinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan 30 faizlik vəsaitin işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılıb.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarı ilə təsdiq edilib.
0 Komment
Şərh yazın