Tanınmış iqtisadçı pulu hansı valyutada saxlamağı məsləhət görür?
«Bazarı izləyənlər adətən diqqətlərini Yunanıstana və Avropaya yönəldirlər. Amma daha vacib şeyləri diqqətdən yaddan çıxarırlar. Bu da Hindistan və Çin iqtisadiyyatında artımın əhəmiyyətli dərəcədə aşağı düşməsidir». Bunu «The Gloom, Boom & Doom Report» investisiya bülletenin təsisiçisi Mark Faber CNBC-yə müsahibəsində deyib:
«Çin iqtisadiyyatının HSBC Flash Purchasing Managers Indexinə görə, 7-ci aydır ki, artımı aşağı düşüb. Bu indeks mayda 48,7 olubsa, apreldə 49,3 olub».
Faber həmçinin yüksək sinfə (high-end) yönəlik əmtəə və xidmət bazarındakı problemlər də narahat edir:
«High-end sektoruna xidmət edən şirkətlərin çoxunun aksiyalarının qiyməti düşür. Bu o deməkdir ki, iqtisadiyyatın durumu getdikcə pisləşəcək, aktivlərsə ucuzlaşacaq»
Faber hesab edir ki, baş verənlərdən bütün dünya iqtisadiyyatı ziyan çəkəcək: «Düşünürəm ki, biz 4-cü rübdə və ya 2013-cü ildə qlobal resessiya ilə üzləşə bilərik».
Faber investorlara bir məsləhət də verir: pullarını ABŞ dolları şəklində toplasınlar və daha çox qızıl alsınlar.
Düzdür, Faberə görə, çox yaxında Yunanıstanın Avropa Birliyindən çıxmasının təsiri altında dünya bazarında ralli də başlana bilər. Bu da öna gətirəcək ki: «Aydınlıq yaranacaq. Amma bankların və sığorta şirkətlərinin aksiyaları üçün bu, yaxşı olamayacaq, indi bütün bazar az qala «satılıb».
Hərçənd o əmindir ki, Avrozonanın iflas ehtimalı elə də böyük deyil.
"Azadlıq.org"
0 Komment
Şərh yazın