TQDK sədri sədrindən sərt açıqlama:"Bəzi valideynlər övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparır"

TQDK sədri sədrindən sərt açıqlama:"Bəzi valideynlər övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparır"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib.Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ona bəzi valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparması barədə məlumatlar çatıb.
 
"Mənə məlumatlar gəlib çatıb ki, valideynlər sığortalanmaq üçün məktəb direktorlarına yaxınlaşıblar. Onlar da həmin valideynlərə vəd veriblər ki, narahat olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin rəsmi şəxsləri imtahan prosesinə müdaxilə edə biləcəklər", - Abbaszadə bildirib.
 
O qeyd edib ki, məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri nə imtahanların keçirilməsində, nə də onların nəticələrinin qiymətləndirilməsində iştirak edəcəklər və bu proseslərə müdaxilə də edə bilməzlər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər