Tələbələrin nəzərinə! TQDK bu il magistaturaya qəbulu dayandırılan unversitetlərin siyahısını açıqladı

Tələbələrin nəzərinə! TQDK bu il magistaturaya qəbulu dayandırılan unversitetlərin siyahısını açıqladı

2012/2013-ci tədris ili üçün Azərbaycanın bəzi ali məktəblərində magistraturaya qəbul dayandırılıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.
 
TQDK sədri bəzi məktəblərdə magistraturaya qəbulun dayandırılmasının səbəbinin onlara məlum olmadığını deyib və bildirib ki, magistraturaya qəbul planı onlara hazır şəkildə daxil olur.
Abbaszadə magistraturaya qəbulun dayandırıldığı ali məktəblərin adlarını da açıqlayıb. O deyib ki, Təfəkkür, Bakı Asiya, Avrasiya, Bakı Biznes, Qızlar, Azərbaycan Koorporasiya, Mingəçevir Politexnik universitetləri və Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul aparılmayacaq.
TQDK sədri əlavə edib ki, cari ildə magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub. Ötən il isə plan yerlərinin sayı 5815 olub. Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir. Ötən il bu rəqəm 2095 olub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər