Piyadalar üçün bəd xəbər! Cərimənin məbləği 2 dəfə artırıldı
Azərbaycanda piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği artırılacaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunacaq.
Dəyişikliyə görə, yolun hərəkət hissəsini, dəmir yol keçidini müəyyən olunmayan yerdən keçən piyadalar 20 manat məbləğində cərimələnəcəklər. Hazırkı qanunvericiliyə görə, bu inzibati pozuntuya görə cərimə 10 manat məbləğindədir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
0 Komment
Şərh yazın