Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işçilərə qarşı sərt tədbirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işçilərə qarşı sərt tədbirlər

ƏƏSMN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Füzuli Ələkbərovun sədrliyi ilə keçirilən iclasda video-konfrans sistemi vasitəsilə distant formada Nazirliyin yerli strukturlarının məsul şəxsləri də iştirak ediblər. 
Kollegiya iclasının qəbul etdiyi qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran və Şəmkir rayonlarının Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin (ƏSMM) direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların icra hakimiyyətlərinə təqdimatlar verilib. Həmçinin Ağcabədi, Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-lərinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 əməkdaş tutduqları vəzifədən azad edilib.
 
Quba və Lənkəran rayon ƏSMM-lərinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 əməkdaşa töhmət verilib, Gədəbəy və Şəmkir rayon ƏSMM-lərinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 əməkdaşın ixtisas dərəcəsi bir pillə aşağı salınıb. Ağcabədi rayon ƏSMM-nin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 əməkdaşın vəzifə maaşları bir il müddətinə 20% azaldılıb. Yevlax rayon ƏSMM-nin direktor vəzifəsinin əmək funksiyalarını icra edən şəxsin stasionar müalicədə olduğu nəzərə alınaraq onun vəzifə məsuliyyətinə işə başladıqdan sonra baxılacağı qərara alınıb. Qərara əsasən, fəaliyyətində buraxdığı ciddi nöqsanlara görə Naftalan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkiminə sonuncu xəbərdarlıq elan edilməklə şiddətli töhmət verilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər