Vakant dövlət qulluğu vəzifələrin tutulması üçün keçirilən müsabiqənin nəticələrində maraqlı statistik məlumatlar

Vakant dövlət qulluğu vəzifələrin tutulması üçün keçirilən müsabiqənin nəticələrində maraqlı statistik məlumatlar

 “Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti dövründə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 müsabiqə keçirilib. 5789 vakant vəzifənin çıxarıldığı müsabiqələrdə 28059 vətəndaş iştirak edib”. APA-nın məlumatına görə, bunu “Dövlət qulluğuna qəbulda şəffaflıq və etik tələblər” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli deyib. O bildirib ki, müsabiqələr nəticəsində 7325 namizəd ikinci – müsahibə mərhələsinə keçib. Bu, bütün qeydə alınan namizədlərin 26,1 faizi deməkdir. Müsahibə mərhələsinə keçən 7325 nəfərdən 2107 nəfəri iddia etdikləri vəzifələrə uyğun hesab edilib. Onlardan 1579 nəfəri iddia etdikləri vəzifələrə təyin olunub. 
 
R. Məcidbəylinin sözlərinə görə, vakant dövlət qulluğuna keçirilən müsabiqələr Azərbaycandakı dövlət qulluqçuları heyətinin 7 faizinin yenilənməsinə səbəb olub.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər