Bakının mərkəzi yollarından biri bağlanır

Bakının mərkəzi yollarından biri bağlanır

Bakının mərkəzində bu gündən daha bir yol bağlanır.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov  bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil parkının tikintisinin davam etdirilməsi ilə əlaqədar bu gündən Neftçilər prospekti ilə
 Azneft dairəsindən Yusif Səfərov küçəsi istiqamətində yolun bütöv sağ hərəkət hissəsi - "Hilton" hoteli qarşısındakı yeraltı piyada keçidindən Dəniz vağzalı qarşısındakı yeraltı piyada keçidinədək - bağlanır.
 
Yolda nəqliyyatın hərəkət istiqaməti dəyişdirilərək soldan keçməklə Azadlıq meydanının mərkəzi ilə müəyyən edilib.
 
Sürücülərdən xahiş olunur ki, bu yolda hərəkət edərkən diqqətli olsunlar, qoyulmuş yol nişanlarının tələblərinə riayət etsinlər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər