
ŞAD XƏBƏR! Hansı ərəb turist ölkəsi Azərbaycana vizasız rejim tətbiq etdi?
Misir səkkiz ölkədən olan turistlər üçün ölkədə turizmin inkişafı məqsədilə vizasız rejim tətbiq edib. Trend-in "əl-Əhram" qəzetinə istinadən yaydığı məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Misir Nazirlər Kabinetinin sədri Kamal əl-Qanzuri bildirib.
"İndi vətəndaşları sərhədi keçərkən, eləcə də aeroportlarda Misir vizası ala biləcək ölkələrin sırasına Əlcəzair, Mərakeş, Tunis, İordaniya, Türkiyə, Çin, Hindistan və Azərbaycan daxildir", - əl-Qənzuri bildirib.
Onun sözlərinə görgə, vizasız rejim yalnız onların Misir ərazisində olmalarına görə məsuliyyət daşıyan turizm şirkətlərinin zəmanət verə biləcəkləri turistlər üçün təyin edilib.
0 Komment
Şərh yazın