Azərbaycanda GSM şəbəkəsində taksofonlardan gedən zənglərin qiyməti aşağı salınır
Azərbaycanın GSM operatorları (Bakcell, Azercell və Azerfon) şəbəkəsinə Aztelekom və "Bakı Telefon Rabitəsi" İstehsalat birliklərinin taksofonlarından gedən zənglərin bir dəqiqəsinin dəyəri 80 faizədək aşağı salınacaq.
Mobil operatorların şəbəkəsində taksofonlarından gedən zənglərin bir dəqiqəsi 18 qəpikdən 10 qəpiyədək azaldılacaq. Bu barədə çərşənbə axşamı Rabitə və İnfofrmasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib.
"Yeni tariflər iyunun 1-dən qüvvəyə minəcək", - Kişiyev bildirib.
Göstərilən dövrdən analoji tariflər "Aztelekom" İstehsalat Birliyinin taksofonlar şəbəkəsində də qüvvəyə minəcək.
Hazırda respublika üzrə "Aztelekom"un istismarında olan taksofonların sayı cəmi 87 ədəddir. Taksofonların hamısı kartla işləyir.
"Bakı Telefon Rabitəsi"nin taksofon parkı 1200 taksofondan ibarətdir, onların 200 ədədindən çoxu yeni tipli (ödənişi həm pul, həm də kart vasitəsilə qəbul edən GSM və CDMA taksofonları) taksofonlardır.
0 Komment
Şərh yazın