TQDK-dən buraxılış imtahanları ilə bağlı yeni açıqlama

TQDK-dən buraxılış imtahanları ilə bağlı yeni açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün imtahanın keçirilmə tarixini açıqlayıb.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər iyulun 8-də buraxılış imtahanı verəcəklər.
Abbaszadə deyib ki, iyunun 2-də Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdi imtahan verəcək. Bunun üçün Bakıda 53 imtahan mərkəzi ayrılıb. İyunun 3-də Bakı şəhəri üzrə 34277 nəfər IX sinif şagirdi buraxılış imtahanı verəcək. Bunun üçün Bakıda 68 imtahan mərkəzi ayrılıb.
"Əgər kimsə buraxılış vərəqəsi ala bilmirsə, demək onu adı məlumat bazasında yoxdur. Amma hələ belə hal olmayıb. Ümid edirəm ki, olmayacaq da. Buraxılış vərəqələrində şagirdlərin adları Təhsil Nazirliyinin bizə verdiyi formada çap edilib", - Abbaszadə əlavə edib.
O qeyd edib ki, iyunun 2-də həm də Gəncə, Abşeron, Mingəcevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə imtahan verəcəklər. Bunun üçün adıçəkilən rayon və şəhərlərin hər birində bir imtahan mərkəzi yaradılıb. İyunun 2-də həmin şəhərlərin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagirdi imtahan verəcək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər