Ezamiyyəyə gedən şəxs nəqliyyat xərcləri ilə bağlı sənədləri itirərsə, nə etməlidir?
Sual: Salam. 3 günlük ezamiyyə gedib qayıtdıqdan sonra, məlum olur ki, nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədi itirmişəm. Bu səbəbdən ezamiyyə hesabatının təqdim olunmasında problemlər yaranır. Zəhmət olmasa, bu barədə mənə yardımçı olardınız.
Cavab: İşçilərin Ezamiyə qaydalarına əsasən, nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülə bilər.
0 Komment
Şərh yazın