Gənclər ən çox hansı ölkədə iş tapa bilmirlər?
Dünyada gənclərin 13 faizi işsizdir. Növbəti 4 ildə bu göstəricinin yaxşılaşacağı isə gözlənilmir. Beynəlxalq Əmək Təşkilatının hesabatında belə deyilir.
Hesabatda deyilir ki, ixtisaslı gənclərin bir çoxu yarı günlük işlərdə, yaxud da ixtisas tələb etməyən işlərdə çalışır. Təşkilat hökumətləri gənclər üçün iş yerləri yaratmağı prioritet məsələyə çevirməyə çağırır.
Dünya Əmək Təşkilatının "Qızlara şans ver" afişası -2009 Hesabata görə, 2007-ci ildən işsiz gənclərin sayı 4 milyon artıb. Yaşı 15-24 arası olan gənclərin 13 faizi, təxminən 75 milyon gənc işsizdir.
Hesabatda deyilir ki, Avropa Birliyi ölkələrində hər 5 gəncdən biri iş axtarır. «Ərəb baharı»ndan sonra ötən il Şimali Afrikada isə işsiz gənclərin sayı 2010-cu illə müqayisədə 5 faiz artaraq 27,9 faiz təşkil edib. Yaxın Şərqdə bu göstərici 26,5 faizdir. Hətta iqtisadi cəhətdən ən dinamik region olan Şərqi Asiyada belə gənclər arasındakı işsizlik özlərindən yaşlılara nisbətən 2,8 dəfə çoxdur.
Azadlıq.org
0 Komment
Şərh yazın