Xəzər suyunu içməli suya çevirəcək zavod 4 aya hazır olacaq

Xəzər suyunu içməli suya çevirəcək zavod 4 aya hazır olacaq

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı zavod yaxın 4 ay ərzində hazır olacaq. Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda müəssisənin qurulması üçün gərgin iş gedir. 
Zavodun əsas avadanlıqları xaricdən gətirilir. Artıq avadanlığın 90 faizi gətirilib və quraşdırılır. 
 
Müəssisə saniyədə 230 litr içməli su istehsal etmək gücünə malik olacaq. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulub. Bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaq. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər