ABŞ Çinə “beyin axını”ndan narahatdır

ABŞ Çinə “beyin axını”ndan narahatdır

ABŞ-ın immiqrasiya qanunvericiliyi təbiət elmləri sahəsində əcnəbi mütəxəssislərin və sahibkarların ölkəyə gəlib qalmasına mane olur.
 
Bu barədə “Partnership for a New American Economy” təşkilatının hazırladığı hesabatda bildirilir.
 
Tədqiqatda bildirilir ki, ABŞ istedadların cəlb olunması uğrunda mübarizədə digər ölkələrə, o cümlədən Çinə uduzur: “2018-ci ildə ABŞ-da 230 min ixtisaslı riyaziyyatçı, təbii elmlər sahəsində mütəxəssis, texnoloji və mühəndis şirkətlərinin əməkdaşlarının çatışmazlığı baş verəcək. Çünki bu ixtisaslar amerikalılar arasında o qədər də populyar deyil”.
 
Sənəd müəlliflərinin fikrincə, bürokratik əngəllər lazım olan mütəxəssislərin ABŞ-a gəlməsinə, eləcə də Birləşmiş Ştatlarda ali təhsil almış əcnəbilərin ölkədə qalmasına mane olur. Çində isə 2010-cu ildən etibarən xaricdə oxuyan və ya işləyən yüksək ixtisaslı mütəxəssislərin ölkəyə qaytarılması üzrə proqramın həyata keçirilməsinə başlanıb. Bu proqram çərçivəsində universitet professorlarına və tədqiqatçılara 158,5 min dollar bonus ödənilir. Məhz bu proqram sayəsində vətənə qayıdan çinli alim və mütəxəssislərin 55%-i ABŞ-dan gəlib.
 
Qeyd edək ki, bir qrup amerikalı senator ABŞ-da təbiət elmləri sahəsində təhsil almış əcnəbilərin ölkədə qalmasının asanlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayır. əcnəbi sahibkarlarla da bağlı analoji addımların atılacağı bildirilir. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər