Kompüter "siçan"ı tarixə qovuşur

Kompüter "siçan"ı tarixə qovuşur

Yeni istehsal edilən texnologiya sayəsində insan əli "siçan"dan istifadə etmədən rəqəmsal nəzarət alətinə çevrilir.
 
Bu cür cihazları istehsal etməkdə məqsəd "siçan" və ya ekrana birbaşa toxunmadan kompüterlərə nəzarət etməkdir.
 Bununla da kompüterdə aparılan əməliyyatları asanlaşdırmaq, yaxud əməliyyat zamanı heç nəyə toxunmadan xəstələrin vəziyyətini müayinə etmək mümkün olur.
 
İnfraqırmızı işıqla işləyən və üçölçülü istifadə sahəsini təmin edən bu texnologiyanın ilk örnəklərindən biri "Leap Motion" adlı cihazdır.
Bazara çıxarılan cihazın dəyəri 69,99 dollardır. Yeni texnologiya sayəsində istifadəçilər əl və barmaqlarını havada hərəkət etdirməklə kompüterə əmr verə biləcəklər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər