Azərbaycanın lizinq şirkəti istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Finans Lizinq" ASC-nin 300 min manat həcmində sadə, adlı, sənədsiz emissiya prospektini qeydiyyata alıb. Bu barədə çərşənbə axşamı Trend-ə BFB-dən məlumat verilib.
Lizinq şirkəti həmçinin birjaya onun istiqrazlarının BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi üçün də müraciət edib.
Buraxılan emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 600 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti illik 13 faiz dərəcəsi ilə 720 gün və faizlərin ödənilməsi müddəti 90 gündür. Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.
Bununla da şirkətin nizamnamə kapitalı 1,57 milyon manatdan 1,87 milyon manatadək artıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən məlumat verilib.
Emissiya prospektinə görə, yerləşdirmə BFB-də açıq abunə yolu ilə keçiriləcək.
0 Komment
Şərh yazın