TQDK-dan vacib elan

TQDK-dan vacib elan

Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan şəxslər bir çox məlumatları mayın 24-dək Tələbə qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) email ünvanına göndərməlidirlər. 
 
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. 
 
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət(lər), o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şəxslər haqqında aşağıda göstərilən məlumatlar mayın 24-dək TQDK-nın (office@/tqdk.gov.az) email ünvanına EXCEL faylı şəklində göndərilməlidir. 
 
1. Şagirdin TİMS-kodu 
2. Şagird kodu 
3. Adı, soyadı, atasının adı 
4. Buraxılış sinifi (IX və ya XI sinif) 
5. Bölmə (Azərbaycan və ya rus) 
6. Qeyri-kafi qiymət aldığı fənn (təkrar imtahana girənlər üçün) 
7. Məzun olduğu il 
 
Mayın 27-dən sonra TQDK-nın internet saytına yerləşdiriləcək xüsusi proqram vasitəsi ilə bu şəxslərin hər bir fənn üzrə buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətləri təhsil şöbələri (peşə liseyləri) tərəfindən aşağıdakı qaydada daxil ediləcək: 
 
1. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, o cümlədən illik qiymət(lər)i qeyri-kafi olan fənlər göstərilməklə, və bu fənlər üzrə xüsusi komissiyanın qiyməti; 
 
2. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyənlər üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri; 
 
3. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, buraxılış imtahanında hər hansı fəndən qeyri-kafi qiymət alanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, buraxılış imtahanının qiymətləri, o cümlədən qeyri-kafi qiymət aldığı fən(lər) göstərilməklə, və bu fən(lər) üzrə xüsusi komissiyanın qiymət(lər)i - ana dili və (və ya) riyaziyyat fənləri olduğu halda – builki buraxılış imtahanına buraxılmaq üçün xüsusi komissiyanın rəyi, digər fənlər olduğu halda - yekun qiymət əvəzinə; 
 
4. Eksternat qaydasında bu il attestasiyada iştirak edənlər üçün: xüsusi komissiyanın qiymətləri. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər