Azərbaycanda ipoteka istiqrazlarına olan tələbat təklifi 10 dəfə üstələyib

Azərbaycanda ipoteka istiqrazlarına olan tələbat təklifi 10 dəfə üstələyib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti emissiya hissəsi yerləşdirilib. Bu barədə bazar ertəsi BFB-nin yaydığı məlumatda deyilir.
 
Hərracda nominal üzrə 29,8 milyon manat dəyərində sifarişlər iki investor tərəfindən təqdim edilib. İstiqrazların bütün həcmi tam yerləşdirilib. Sifarişlər 100,5583 faiz qiyməti üzrə təqdim edilib.
 
İstiqrazların ödənmə tarixi 22 yanvar 2022-ci ildir.
 
Yerləşdirmə 2012-ci ilin yanvarında illik 3 faiz dərəcəsi ilə hər bir istiqrazın nominal qiyməti 1 manat olmaqla 30 milyon manat həcmində qeydə alınan emissiyadan həyata keçirilib.
 
Bu emissiyadan istiqrazların yerləşdirilməsi cari ilin mart ayının 15-də başlayıb və hazırda yerləşdirilən istiqrazların məbləği 14 milyon manat təşkil edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər