Azərbaycanda sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

Azərbaycanda sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

Mayın 27-dən Azərbaycanda sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək.
 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Bakı-Kiyev sürət, Bakı-Sankt-Peterburq sərnişin və Bakı-Astara "Ekspress" qatarlarının hərəkəti dayandırılır.
 
Şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində "*" (ulduz) nişanı ilə göstərilən dayanacaqlar "texniki dayanacaq" sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.
 
Bakı-Moskva sürət qatarı (Azərb. d. y) Rusiya dəmir yollarına məxsus heyətlə həftədə iki dəfə Bakıdan II və V günlər yola düşəcək. Qatar Moskva-Kurskaya stansiyasından saat 15:46-da yola düşəcək və Moskva-Kurskaya stansiyasına saat 05:07-də çatacaq. Qatar yeni sxem üzrə hərəkət edəcək. Yay mövsümündə qatarın tərkibinə 2, 3-cü plaskart və 15-ci kupe fakultativ vaqonları qoşulacaq.
 
Əzməmmədov deyib ki, Moskva dəmir yolunun Yefremov stansiyasından sonrakı Volovo, Uzlovaya və Ojerelye stansiyalarına bilet satışı dayandırılır. Qatar Tula-1 stansiyasından keçməsi ilə əlaqədar həmin stansiyaya bilet satışı aparılacaq.
 
Bakı-Xarkov sərnişin qatarı (Azərb.d. y) yeni marşrut üzrə hərəkət edəcək. Qatar Volqaqrad stansiyasının əvəzinə Saratovdan Cənub-Şərq dəmir yoluna keçərək Xarkova saat 07:10-da çatacaq və 12:05-də yola düşəcək.
 
Bununla əlaqədar olaraq Bakıdan iyunun 1-dən etibarən həmin qatara bilet satışı yeni gediş haqqı tarifləri əsasında aparılacaq.
 
Bakı-Tümen sərnişin qatarı (Rusiya. d. y) günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkətdə olacaq. Qatar Bakıdan yola düşərkən Tümenə saat 10:59-da (15:39 əvəzinə) çatacaq. Qatarın tərkibində yalnız qoşma vaqonlar, yeni nömrələrlə hərəkət edəcək: Yujno-Uralsk dəmir yoluna məxsus olan 13-cü və 14-cü Çelyabinsk-Bakı plaskart vaqonları; Kuybışev dəmir yoluna məxsus olan 15-ci plaskart Ufa-Bakı (yay mövsümündə, yeni hərəkət cədvəlində plaskart vaqonun əvəzinə kupe vaqonu hərəkət edəcəkdir) vaqonu; Kuybışev dəmir yollarına məxsus olan 16-cı plaskart və 17-ci kupe Samara-Bakı vaqonları; Privoljsk dəmir yoluna məxsus 18-ci Saratov-Bakı kupe vaqonu.
 
Tümen-Bakı sərnişin qatarının marşrutu üzrə Şimali-Qafqaz dəmir yolunun Manas stansiyasında, Privolcsk dəmir yolunun Yandıki və Zenzeli stansiyalarda, Yujno-Uralsk dəmir yolunun Elektrostansiya və Mauk stansiyalarında dayanacağın ləğv edilməsi ilə əlaqədar Bakıdan iyunun 1-dən etibarən həmin stansiyalara bilet satışı bağlanılır.
 
Bakı-Rostov sərnişin qatarı (Şipmali Qafqaz. d. y) əvvəlki hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.
 
Bakı-Tbilisi sərnişin qatarı (Azərb. d. y) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəkdir.
 
Yeni hərəkət cədvəlində Bakı-Kiyev sürət qatarının (Azərb. d. y) hərəkəti dayandırılır. Qatar Bakıdan axırıncı dəfə 23.05.12-ci il tarixdə yola düşəcək.
 
Yeni hərəkət cədvəlində Bakı-Sankt-Peterburq sərnişin qatarının (Azərb. d. y) hərəkəti dayandırılır. Qatar Bakıdan axırıncı dəfə 24.05.12-ci il tarixdə yola düşəcək.
 
Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində "*" nişanı qeyd olunmuş) bilet satışı qadağandır.
 
Ölkə daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişikliklər yoxdur. Qatarlar öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəklər.
 
Yeni hərəkət cədvəlində Bakı-Astara "Ekspress" qatarının hərəkəti dayandırılır. Qatar Bakıdan və Astaradan axırıncı dəfə 26.05.12-ci il tarixdə yola düşəcək.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər