Post terminal olmamasına görə hansı məşhur restoran bağlana bilər?
Bakının tanınmış restoranlarından biri olan “Niaqara”nın fəaliyyəti dayandırıla bilər. Bu barədə “Qafqazinfo”ya restoranın müştərilərindən biri olan oxucu məlumat verib. Belə ki, oxucu restoranda olarkən ciddi bir insidentin şahidi olub.
“Niaqara”da yeyib içən bir neçə şəxs restoranı tərk etmək istəyəndə hesabı kart vasitəsi ilə ödəmək istəyiblər. Qonaqlara bildirilib ki, restoranda belə bir imkan yoxdur və “şot” nağd ödənməlidir. Qarşı tərəf isə kartla ödəniş etməkdə israr edib və nəyə görə restoranda post terminal”ın quraşdırılmadığını soruşub.
Bu arada bir vacib məqamı qeyd edək ki, Bakının aparıcı iaşə obyektlərində post terminlların quraşdırılması ilə bağlı hələ dörd-beş ay bundan qabaq ciddi göstərişlər verilib. Bu iş şəhərin əksər ticarət və satış mərkəzlərində, o cümlədən otel və restoranlarında həyata keçirilib. Məhz bu işlərin “Eurovizion” tədbirləri çərçivəsində görüldüyü obyekt sahiblərinə bildirilib. Əcnəbilər əsasən ödənişləri kartlar vasitəsi ilə həyata keçirdiyindən Bakıda belə bir problemin yaranmaması üçün xeyli sayda post terminallar quraşdırılıb.
Lakin Bakının tanınmış restoranlarından biri olan “Niqara”da post terminalın olmaması, üstəlik xidmətçilərin qonaqlarla kobud rəftarı məsələni qəlizləşdirib. Həmin müştərilər məsələni dərinləşdirərək aidiyyatı orqanlara müraciət ediblər. Hadisənin şahidi məlumat verir ki, bu mübahisədən yarım saat keçməmiş “Niaqara” restoran boşaldılaraq qapadılıb. Restorana gələn onlarla şəxslər yoxlamalara başlayıblar. Yoxlama aparan şəxslərin vergi orqanlarının əməkdaşları olduğu və “Niaqar”a sahibinin post terminal tələbinə riayət etmədiyi üçün ciddi cəzalandırılacağı bildirilir.
0 Komment
Şərh yazın