Rəsmi Mövqe: Notariuslarda daşınmaz əmlakın dövlət reyestri ilə bağlı yeni dəyişiklik tətbiq olunacaq

Rəsmi Mövqe: Notariuslarda daşınmaz əmlakın dövlət reyestri ilə bağlı yeni dəyişiklik tətbiq olunacaq

Daşınmaz əmlakın dövlət reyestri ilə bağlı notariat hərəkətlərinin aparılması qaydalarına dəyişiklik edilib.
 
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişikliklər edilib.
 
Dəyişikliyə görə, notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.
 
Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir.
Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə (zərurət olduqda Mülki Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər