Metrodan istifadəedənlər üçün şad xəbər!

Metrodan istifadəedənlər üçün şad xəbər!

Yayda Bakı metrosunda hava çatışmazlığı və isti ilə əlaqədar sərnişinlər çətinlik çəkirlər. İsti havalarda metronun içərisində kondisionerin olması mütləq lazımdır.
 
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bir müddət əvvəl açıqlamasında Yeni Yasamal yaşayış massivindən Bülbülə qəsəbəsinə kimi çəkiləcək 19 kilometrlik metro xəttində işləyəcək vaqonlarda kondisioner olacağını bildirmişdi.
 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Milli.Az-a açıqlamasında bildirdi ki, gələcəkdə vaqonlarda kondisionerlər olacaq. Onun sözlərinə görə, hazırda kondisioner olmasa da, yenə ən sərin yer elə metrodur.
 
Metropoliten rəsmisi deyir ki, metronun bütün stansiyalarında hava təmizləyiciləri işləyir: "Özüm də metrodan istifadə edirəm. Stansiyanın içərisində hava normaldır, vaqonlarda yayda isti olur. Metronun inkişaf proqramında nəzərdə tutulub ki, qatarlarda da kondisioner quraşdırılsın. Dəqiq vaxtı söyləmək mümkün deyil".
 
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Milli.Az-a bildirdi ki, yeni alınan vaqonlarda kondisioner olacaq. Yeni qatarlar alındıqca metrodakı kondisioner problemi də həll olunacaq.
 
Baş mühəndis kondisionerli qatarların 2013-cü ildə xəttə buraxılacağını vurğuladı.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər