Yenilik! "Tələbə kartı" tələbələrə hansı üstünlük verəcək?

Yenilik! "Tələbə kartı" tələbələrə hansı üstünlük verəcək?

Azərbaycanda tələbə kartlarının təqdimatı keçiriləcək.
 
Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü bildirilib ki, mayın 19-da tələbə kartının təqdimat mərasimi keçiriləcək.
 
Tələbə kartlarını gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Misir Mərdanov təqdim edəcəklər.
 
"Tələbə kartı" Azərbaycanda tələbələrə bir sıra xidmətlərə güzəşt imkanı verəcək.
Kartlar kitabxanalarda, nəqliyyat vasitələrində və digər iaşə obyektlərində tələbələrə güzəştlərin tətbiq olunması üçün nəzərdə tutulur.
 
İyulun 7-də qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq, Gənclər və İdman, Təhsil nazirliklərinə "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər