Rəsmi mövqe! "Eurovision 2012" mahnı müsabiqəsi ilə hansı müddətdə məktəblərdə dərslər dayandırılır?
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə mayın 21-dən 26-dək dərslər dayandırılacaq. Bunu cümə günü Trend-ə Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, bununla bağlı Təhsil Nazirliyi məktəblərə şifahi tapşırıq verib.
Məktəblərdə dərslərin dayandırılmasının məqsədi mərkəzdə yarana biləcək tıxacların qarşısını almaq və məktəblilərin təhlükəsizliyini təmin etməkdir.
Əliqızı deyib ki, mayın 28-i Respublika Günü olduğundan və həmin gün qeyri-rəsmi iş günü hesab edildiyindən şagirdlər məktəbə mayın 29-da gələcəklər. "Son zəng" isə ötən illərdə olduğu kimi, bu il də mayın 31-də keçiriləcək.
Əliqızı bildirib ki, dərslərin dayandırılması məktəblilərin tədrisi üçün problem yaratmayacaq.
"Çünki artıq tədris ili sona çatır. Son bir həftədə demək olar ki, biliklər təkrarlanır. Buna görə də şagirdlər dərslərin dayandırılması səbəbindən proqamdan geri qala bilməzlər", - idarə rəsmisi əlavə edib.
0 Komment
Şərh yazın