TQDK: İstənilən sayda fəndən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar
Komissiya ümumi orta təhsil səviyyəsinin IX sinfində təhsil alan şagirdlərə və təhsil müəssisələri rəhbərlərinə müraciət edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil səviyyəsinin buraxılış sinfində (IX) təhsil alan şagirdlərə və təhsil müəssisələri rəhbərlərinə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, illik qiymətlərində “qeyri-kafi” qiyməti olan IX sinif şagirdləri bəziləri “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi qaydaları” ilə yaxından tanış olmadıqlarından buraxılış imtahanlarında iştirak etməyəcəklərini düşünür və bununla bağlı Komissiyaya müraciət edirlər: “Komissiya edilən çoxsaylı müraciətlərə cavab olaraq bildirir ki, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi qaydaları”nın 4.1-ci bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Qeyd edək ki, indiyədək olan qaydalara əsasən, 3-dən çox fəndən “2” qiyməti olan IX sinif şagirdləri imtahana buraxılmırdılar.
0 Komment
Şərh yazın