Hakerlər “Eurovision-2012” müsabiqəsinin rəsmi saytlarını dağıdıblar
Özünü “Azadlıq fədailəri” adlandıran haker qruplaşması eurovision.az, eurovisionaz.com, esctoday.com və ann.az saytlarına hücum həyata keçirib.
Bu gün günorta saatlarında gerçəkləşən hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Ann.az saytının ana səhifəsinə haker qrupunun tələbləri və qətlə yetirilən yazıçı Rafiq Tağının fotosu yerləşdirilib.
Saytlarda haker qrupu tərəfindən Bakıda keçirilən “Eurovision” musiqi yarışması əleyhinə şüarlar yazılıb.
Hazırda saytların texniki heyəti problemin aradan qaldırılması ilə məşğul olurlar.
Qeyd edək ki, eurovision.az və esctoday.com “Eurovision-2012” müsabiqəsinin rəsmi saytları hesab olunur.
0 Komment
Şərh yazın