Asiya İnkişaf Bankı Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dəstək göstərməkdə maraqlıdır

Asiya İnkişaf Bankı Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dəstək göstərməkdə maraqlıdır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Asiya İnkişaf Bankının (AİB) maliyyə sektorunun baş mütəxəssisi Yurgen Konradın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QKDK-dan çərşənbə günü verilən məlumata görə, görüşdə məqsəd AİB ilə əməkdaşlıq çərçivəsində "Mərkəzi və Qərbi Asiyada maliyyə sektorunun inkişafı" texniki yardım layihəsindən komitə əməkdaşlarının potensialının artırılması üçün istifadə imkanları və qiymətli kağızlar bazarına dair əməkdaşlıq məsələlərinin müəyyən edilməsidir.
Görüşdə iştirak edən QKDK sədri Rüfət Aslanlı Azərbaycanın son dövrlərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, ölkənin kapital bazarında əsas institutların formalaşdığını və görülmüş məqsədyönlü tədbirlər nəticəsində son illərdə qiymətli kağızlar bazarında artımın müşahidə edildiyini qonaqların diqqətinə çatdırıb.
AİB nümayəndə heyətinin rəhbəri Konrad Azərbaycan qiymətli kağızlar bazarının inkişafı istiqamətində görülən tədbirlərdən və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər