Barak Obamanın illik gəlir deklarasiyası açıqlanıb
ABŞ-da “Hökumət üzvləri tərəfindən etik normalara riayət olunması haqqında” qanuna uyğun olaraq 2011-ci il üçün prezidentin gəlir deklarasiyası açıqlanıb.
ABŞ prezidenti Barak Obama ailəsinin varidatı 8,5 mln. dollar həcmində dəyərləndirilib.
Barak Obamanın illik maaşı 400 min dollar təşkil edir. O, ötənilki gəlirinin əsas hissəsini prezident olmamışdan əvvəl yazdığı kitablar hesabına əldə edib. Bu kitablar B.Obamaya 250 min dollardan 2 mln. dollara qədər gəlir gətirib. Prezidentin Çikaqodakı evi isə 500 min-1 mln. dollar arasında qiymətləndirilib.
Maraqlıdır ki, 2010-cu ildə Obamalar ailəsinin sərvəti 12 mln. dollar olub.
0 Komment
Şərh yazın