"Eurovision-2012" günlərində Bakıda metro gecə-gündüz işləyəcək
"Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə Bakı Metropoliteni bütün sutka işləyəcək. Bu barədə çərşənbə günü Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov bildirib.
Onun sözlərinə görə, həmin günlərdə Metropolitenin iş qrafiki artıq təsdiqlənib və Bakı Metropoliteni paytaxt sakinlərinin və qonaqların gücə-gündüz daşınmasını təmin etməyə hazırdır.
"Müsabiqənin yarımfinal və final günlərində iş qrafiki artıq təsdiqlənib. Müvafiq olaraq mayın 22-si, 24-ü və 26-da paytaxt metrosu gecə-gündüz işləyəcək", - Bayramov qeyd edib.
Bakı Metropoliteninin 23 stansiyası var, xətlərinin uzunluğu 34,6 kilometrdir. Metropoliten hər il 200 milyon sərnişin daşıyır. Bu gün ən yeni stansiya "Dərnəgül" stansiyasıdır. O, 2011-ci il iyunun 29-da açılıb.
0 Komment
Şərh yazın