Azərbaycanda ali məktəblərə sənəd qəbulunun ilk mərhələsi sabah başa çatır

Azərbaycanda ali məktəblərə sənəd qəbulunun ilk mərhələsi sabah başa çatır

Azərbaycanın ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun ilk mərhələsi sabah başa çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı bildirib ki, sənəd qəbulu iki mərhələdə aparılır.
 Birinci mərhələdə (10 aprel - 16 may) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldururlar. Sənəd qəbulunun bu mərhələsi sabah 17:00-da başa çatacaq. Sənəd qəbulunun aprelin 16-dan başlayan ikinci mərhələsində isə abituriyentlər tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu komissiyalarına təqdim etməklə elektron ərizələrini təsdiqlətməlidirlər. Bu mərhələ mayın 18-də yekunlaşacaq.
 
Abituriyentin elektron ərizəsi yalnız Sənəd Qəbulu Komissiyası tərəfindən təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.
İndiyədək ali və orta ixtisas məktəblərinə 97 246 nəfər sənəd verib.
Onlardan 86 977 nəfər Azərbaycan, 10 269 nəfər rus bölməsi üzrə sənəd verib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər