Azərbaycanda 3 dövlət orqanında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Azərbaycanda 3 dövlət orqanında 49 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasından verilən məlumata görə, Komissiya bu gündən iyunun 4-dək İqtisadi İnkişaf Nazirliyi (4 vəzifə üzrə 4 yer), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (18 vəzifə üzrə 18 yer) və Dövlət Sosial Müdafiə Fondunda (27 vəzifə üzrə 27 yer) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə elan edib.
Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.
0 Komment
Şərh yazın