DSMF sədrindən fərdi hesabatla bağlı sığortaedənləri maraqlandıran açıqlama

DSMF sədrindən fərdi hesabatla bağlı sığortaedənləri maraqlandıran açıqlama

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilin sonunadək pensiyaların təyin olunmasının avtomatlaşdırılmasının başa çatdırılmasını planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov məlumat verib.
"2006-cı ilədək pensiyaya çıxan pensiyaçılar haqqında məlumatın toplanması prosesi başa çatan kimi pensiyaların təyin olunması funksiyası tam avtomatlaşdırılacaq", - Müslümov deyib.
Onun sözlərinə görə, DSMF-nin daha iki funksiyası var. Birinci funksiya pensiyaların ödənilməsidir ki, bu, tamamilə avtomatlaşdırılıb. İkinci funksiya ilin yekunları üzrə sosial sığorta üzrə sığorta mükafatlarının toplanması haqqında hesabatların təqdim olunmasıdır.
"Bu proses bütün ölkədə gedir. Birinci rübdə arzu edən hər kəs ilin yekunu üzrə hesabatı elektron formada təqdim edə bilər", - Müslümov deyib.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər