Vakansiya! Kredit təşkilatı 2 regionda işləmək üçün mühasib köməkçisi axtarır
“Vijn Fond AzərKredit” MMC Ağcabədi filialına və Samux şöbəsinə Mühasib köməkçisi vəzifələrinə işçi qəbulu elan edir.
Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosfer, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə qoyur. AzərKredit hazırda Ağcabədi filialına və Samux şöbəsinə Mühasib köməkçisi vəzifələri üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Əsas vəzifə və öhdəlikləri:
• Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
• Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
• Mini kassa üzrə gündəlik əməliyyatları icra etmək;
• Mühasibat faylları ilə bağlı işləri dəqiq və vaxtında icra etmək;
• Ödəniş üçün çekləri hazırlamaq;
• Ödəniş sənədləri, qayimələr, tədarük sifarişləri, kreditor borcu üçün qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
• Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar sənədləri və hesabatları hazırlamaq;
• Mövcud qaydalara müvafiq olaraq faylları və hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək;
• Mühasibat əməliyyatlarını əllə, yaxud kompüterdə icra etmək və yeniləmək;
• Hesablara və xərc mərkəzinə uyğun olaraq uçotun aparılması;
• Birbaşa rəhbərin təsdiqi üçün mühasibat jurnalının hazırlanması;
• Qayimələr, tədarük sifarişləri və digər mühasibat sənədlərini yoxlamaq və düzəlişlər etmək;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
• Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə);
• İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 24 may 2012-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket formaları aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ağcabədi filialına Mühasib köməkçisi / Samux şöbəsinə Mühasib köməkçisi) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected];
0 Komment
Şərh yazın