9 mayla bağlı ən yaxşı LƏTİFƏ (olmuş əhvalat)
Qaxın orta məktəblərinin birində “Qələbə Bayramı” ilə müharibə veteranları ilə görüş keçirilib. Şagirdlərlə görüşə 2 müharibə veteranı dəvət olunub. İlk öncə söz alan müharibə veteranı döyüş xatirələrindən danışır: “ Müharibənin ən qızğın vaxtlarında sovet əsgərləri hücuma keçdi. Öncə düşmənin 20 tankını sıradan çıxartdım. Sonra isə plyumotla 100-ə yaxın alman əsgərini öldürdüm. Döyüş başa çatana qədər 1000-ə yaxın alman əsgəri öldürdüm”. Şagirdlər müharibə veteranı gürültü alqışladıqdan sonra söz verilir növbəti müharibə veteranına. Hamının ondan da qəhrəmanlıq gözlədiyini başa düşən müharibə veteranı xatirələrinə belə başlayır: “ Almaniyayaya düşmənin heç bir müdaxiləsi olmadan daxil oldum. Berlində də alman əsgərlərinin hamısı öldürülmüşdü. Mülki vətəndaşlar da ora-bura qaçırdı. Güclə birini saxlayıb soruşdum ki, nə olub ki, hamı qacır. Alman qaca-qaca dedi ki, qardaş qaç canını qutar....... Bir Qaxlı var ki, qarşısına kim çıxırsa, məhv edir... ”
0 Komment
Şərh yazın