Mərkəzi Bank xarici brend banklarının Azərbaycana gəlməsi barədə münasibət bildirdi

Mərkəzi Bank xarici brend banklarının Azərbaycana gəlməsi barədə münasibət bildirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici kapitalın ölkənin bank sektoruna axınını təşviq edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
"Bunun bir sıra müsbət məqamları var: investisiyaların axını menecmentin müasir standartları, yeni məhsullar, texnologiyalar, nou-haunun tətbiqi mənasına gəlir, - Rüstəmov deyib. - Biz ilk növbədə "brend" bankların daxil olmasında maraqlıyıq, çünki məhz belə banklar bank sektorunda tonus yaradır, rəqabəti artırır, yerli bankları yaxşı işləməyə, inkişaf etməyə, möhkəmlənməyə vadar edir".

Onun sözlərinə görə, dünya maliyyə böhranınadək bir sıra belə qabaqcıl banklar olub, lakin böhran onların planlarını dəyişib.
"Onlar hazırda daha çox daxili problemlərin həlli ilə məşğuldurlar, lakin biz əminik ki, bu problemlərin həllindən sonra onlar Azərbaycan kimi perspektivli maliyyə bazarına maraqlarını bildirəcəklər. Bizim onlarla texniki əlaqələrimiz var. Onlar iqtisadi konyunktura baxımından ən yaxşı məqamı gözləyirlər", - Rüstəmov qeyd edib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər