“Texnikabank”ASC-nin yeni idarə heyətinin sədri məşhur bəstəkarın oğlu oldu
“Texnikabank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Bankdan verilən məlumata görə, yığıncaqda bankın İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Ümumi yığıncağın qərarı ilə Ülvi Eldar oğlu Mansurov “Texnikabank” ASC-nin İdarə Heyətinin sədri seçilib.
İdarə Heyətinə həmçinin Səfərov Yaşar Xasay oğlu (İH sədrinin birinci müavini), Gərayzadə Ayaz Tofiq oğlu (İH sədrinin müavini) Hüseynov Orxan Ziyad oğlu (İH üzvü) və Hacıyev Cəmin Mikayıl oğlu (İH üzvü) seçiliblər. Qeyd edək ki, Ü.Mansurov tanınmış bəstəkar Eldar Mansurovun oğludur.
"Lent.az"
0 Komment
Şərh yazın