Beynəlxalq təşkilat əmək münasibətləri üzrə hüquqi xidmət göstərənlər ücün tender elan edib
2011-ci il üzrə dünyada ən yaxşı qeyri hökumət təşkilatları arasında 3-cü yer almış Oksfam humanitar təşkilatı 90-dan artıq ölkədə yoxsul insanlara yardım edir və hər il bu məqsədlə ildə 1 milyard dollardan artıq vəsait xərcləyir. Azərbaycanda fəaliyyətini Qarabağ müharibəsinin ilk illərindən başlamış Böyük Britaniyanın Oksfam təşkilatı, qaçqın və köçkün düşmüş soydaşlarımızın iztirabını yüngülləşdirmək üçün 20 milyon dollardan artıq vəsait sərf etmişdir.
Hal-hazirda Oksfam ölkəmizdə "Azərbaycanın Mərkəzi Aran Rayonlarında Yoxsul Fermerlərə Dəstək", "Yoxsullar Fermerlər üçün Bazarın Stimullaşdırılması", "Oksfam-Unilever Əməkdaşlığı", "Fövəladə Hallar Riskinin Azaldılması", "İcma Əsaslı Səhiyyə Dəstək Modeli" və "Ictimai Xidmətlərin Çatdırılmasında Bələdiyyələrin İmkanlarının Artırılması" kimi layihələri icra etməkdədir.
Oxfam təşkilatın Azərbaycan ofisinə hüquqi xidmətlərin göstərilməsi üzrə tender elan edir. Tenderdə iştirak etmək üçün aşağıdakı xidmətlər üzrə təkliflər qəbul olunur:
• Oxfamın maliyyə və insan resurslarına dair sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və həmin sənədlərin qanunvericiliyə uyğunlaşdırılması;
• Maliyyə, sosial fond, vergi, əmək qanunverciliyi və digər hüquqi məsələlərə dair şifahi və ya yazılı məsləhət, rəy və ya arayışların verilməsi;
• Oxfamın proqramları çərçivəsində bağlayacağı müxtəlif növ müqavilələrin yoxlanılması və qanunverciliyə uyğunluğunun yoxlanılması;
• Insan resursları ilə bağlı hüquqi yardımın göstərilməsi.
Aşağıdakı tələblərə cavab verən və vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər öz təkliflərini tariflər də daxil olmaqla, 16 may 2012-ci il saat 17:00-dək [email protected] ünvanına göndərməyinizi xahiş edirik. Tariflər təklif olunan xidmətlər üçün saat-hesabı və ya gunəmuzd qiyməti əks etdirməlidir. Təkliflərlə yanaşı, keçmiş təcrübəniz haqqında məlumatı da təklif paketinə əlavə etməyinizi rica olunur.
Xidmət sahələri üzrə ətraflı məlumat üçün Gülnarə İsmayılovaya müraciət edə bilərsiniz.
Əlaqə üçün məlumat:
World Business Center; Suleyman Rəhimov küçəsi; 309 Məhəllə, Vİ mərtəbə
Gülnarə İsmayılova
Tel: 59730 29 daxili 118
0 Komment
Şərh yazın