Aprel ayı ərzində operativ nəzarət idarəsi neçə nəfərin əmək müqaviləsi olmadan işləməsini aşkar edib?

Aprel ayı ərzində operativ nəzarət idarəsi neçə nəfərin əmək müqaviləsi olmadan işləməsini aşkar edib?

2012-ci ilin aprel ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2835 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. 
1419 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu,  302 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 109 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  547 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edimişdir.
Operativ nəzarət tədbirləri zamanı 255 vergi ödəyicisi tərəfindən 422 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 147 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 26 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış  170 ədəd mal olduğu aşkarlanmışdır.
Yuxarıda qeyd olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülmüşdür.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər